Hüseynbala Mirələmovun qohumu iki qız tələbəni avtomobillə vurub

Hüseynbala Mirələmovun qohumu iki qız tələbəni avtomobillə vurub


Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Tükəzban Cahangirova idarə etdiyi avtomobillə LDU-nun iki tələbəsini vurub. “Report”un xəbərinə görə, hadisə universitetin tədris korpusunun qarşısında baş verib. Şahidlərin bildirdiyinə görə, qulaqcıqdan istifadə edən qızlar nəqliyyat vasitəsinin yaxınlaşdığını bilməyiblər. Hər iki tələbə xəstəxanaya aparılıb. Onların ciddi xəsarət almadığı bildirilir.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsində (DYPİ) araşdırma aparılır. Qeyd edək ki, hadisəni törədən pedaqogika üzrə fəlsəfə doktoru, şair-publisist Tükəzban Cahangirova deputat Hüseynbala Mirələmovun qohumudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
373 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...