Oqtay Əsədov telefona görə deputatlara hirsləndi

Oqtay Əsədov telefona görə deputatlara hirsləndi

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deputatlara xəbərdarlıq edib.

Lent.az-ın məlumatına görə, O,Əsədov gündəliyin müzakirəsi zamanı çıxışını yarımçıq kəsərək deputatlara səslənib: “İclasın gedişi zamanı telefonla danışmağı, harasa durub getməyi və sair işləri yığışdırın. Bir-birimizə hörmət edək. Ayda iki-üç dəfə iclas keçiririk, ona da belə hörmətsiz yanaşmayın”.

Bundan sonra spikerin irad tutduğu deputatlar gündəliyin müzakirəsinə qoşulublar.

* * * 12:17

Bir neçə dəqiqə əvvəl Milli Məclisin növbəti plenar iclası başlayıb.

APA-nın məlumatına görə, sədr Oqtay Əsədov iclası açıq elan edib və gündəlikdəki məsələlərin müzakirəsinə keçib.

İclasın gündəliyinə 6 məsələ daxildir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...