Azərbaycanın narkoman sənətçiləri - SİYAHI

Azərbaycanın narkoman sənətçiləri -


Narkotik “narke” sözündən götürülüb, yunan dilindən tərcümədə mənası yuxu deməkdir. Dünyanın ən böyük fəlakəti sayılan narkotikdən ilk dəfə tibbdə istifadə olunmağa başlayıb. Bu elə bir maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval- ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir.

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, dünyada onmilyonlarla insan bu fəlakətli vərdişdən istifadə edir və hər il yüzminlərlə insan “ağ ölüm”ün qurbanına çevrilir. Alodoctor.az bu məqalədə narkotikdən istifadə edən məşhurları araşdırmağa çalışıb. Narkotik maddədən istifadə nəticəsində Uitni Hyuston və Maykl Cekson kimi məşhurların ölümü şou-biznes əhli arasında bu zərərli vərdişin geniş yayıldığını ortaya qoyub. Heç şübhəsiz azərbaycanlı müğənnilər arasında da narkotik aludəçisi olanları az deyil.

Əməkdar artist, gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov) uzun müddət narkotikdən istifadə edib. Mətbuata müsahibələrində bu faktı gizlətməyən məşhur gitaraçı şou-biznes əhlinin 90 faizinin bu asılılığı olduğunu deyir.
Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə həbs olunub və bir müddət məhkum həyatı yaşayıb.

Daha bir tanınmış reper Hüseyn Dərya narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında avtomobil qəzasında dünyasını dəyişib.
Deyəsən bu narkotik məsələsi repçilər arasında geniş yayılıb və Anar Nağılbaz da uzun müddət bu zərərdli vərdişdən istifadə edənlər arasında olub.

Daha bir mərhum müğənni Elçin Cəlilovun da narkotik asılılığı səbəbindən dünyasını dəyişdiyi iddia olunur. Meyxanaçılar arasında da narkotik istifadəçilərinin sayı az deyil və onlardan bəzilərinin (etika naminə ad çəkmirik) bununla bağlı dəhşətli görüntüləri hələ də çoxlarının xatirindədir. Tarixin yazdığına görə, dünya şöhrətli psixoloq Ziqmund Freydin kokainə əvvəlcə tibbi marağı olub.

O kokainin dadına ilk dəfə 1884-cü ildə baxıb. Dahi psixoanalitik onun təsirindən heyrətlənib. Kokain onu depressiyadan xilas edib və özünəinamı gücləndirib. O zaman gənc alim kokaini astmanın, depressiyanın, nevrozun dərmanı kimi istifadəsini məsləhət görüb. Freyd kokainin xassələri haqda məqalələr də yazıb. Sonralar yaxın dostu Ernst fon Flyayşl kokaindən öləndən sonra o, fikrindən daşınıb. Freydə kokaindən xilas olması üçün uzun zaman lazım olub.

Bütün hallarda cəmiyyət üçün nümunə sayılacaq şəxslərin narkotik asılılığı onları hörmətdən salmaqla yanaşı həm də çox pis örnəkdir. Nə yaxşı ki, bizdə belə məşhurların sayı çox azdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...