Minimum pensiyası ilə kredit götürənlərin MÜƏMMASI

Minimum pensiyası ilə kredit götürənlərin


Hafta.az-ın xəbərinə görə, milli pulun bugünkü çöküşü Azərbaycan manatını son on ayda 98 faiz uçuruma yuvarlayıb. Belə ki, Milli Bankın bu gün səhər verdiyi qərarı ilə manat yenidən ucuzlaşaraq dolların satışı 1.58 manata qədər qalxıb.

Belə bir məqamda iqtisadçı ekspert Razi Abasbəyli cəmiyyətə, daha doğrusu bank kredit sektorunda çalışanlara maraqlı bir sual ünvanlayıb. İqtisadçı ekspert bundan sonra kredit götürən pensiyaçıların aqibətinin necə olacağının hələ də sual altında olduğunu bildirib:
Minimum pensiyası ilə kredit götürənlərin
Minimum pensiyası ilə kredit götürənlərin


"İndi cəmiyyəti düşündürən digər sual dolu məqamlar isə bankların kredit siyasəti ilə bağlıdır. Belə ki, bundan öncə Kapitalbank-dan minimum pensiyası ilə kredit götürən bir yaşlı vətəndaş ayda 137 manat pensiya alırdı. Bankla müqavilə əsasında hər ay pensiyasından 105 manat pul tutulurdu. Bankla müştəri arasında bağlanan kredit müqaviləsində göstərilir ki, ABŞ dollarının manata olan nisbəti 1.10-dan yuxarı olduqda kredit yeni məzənnəylə hesablanacaq. Bu necə olacaq, pensiya alan ahıl adamdan 155 manatı bank necə tutacaq? Bu ahıl adamı bank məhkəməyə verib, cərimə etdirəcəkmi? Təbii ki, burada söhbət əmək qabiliyyəti olmayan yaşlı pensiya alan vətəndaşdan gedir".

Məsələ ilə bağlı suallarımızı Milli Banka ünvanladıq. Ümid edirik ki, ölkənin ana bankı tərəfindən tezliklə bu suallara aydınlıq gətiriləcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...