Şeyxin qudasının evindən silah çıxmasına DİN-dən - Reaksiya

Şeyxin qudasının evindən silah çıxmasına DİN-dən

“Daxili İşlər Nazirliyi deputat Qalib Salahzadənin evində axtarış aparılması xəbəri ilə bağlı heç bir rəsmi açıqlama yaymayacaq”.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilməsi ilə bağlı məlumatı “qafqazinfo.az” saytı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla yayıb. Bildirilir ki, Qalib Salahzadənin evində polis əməliyyat keçirib və evdən patronla dolu silah daraqları, silahlar və xeyli patron aşkar edilib. Millət vəkili olan Qalib Salahzadə Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin qudasıdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...