Şeyxin qudası: "Belə bir fakt varsa, polis gəlib mənə imza atdırsın"

Şeyxin qudası: "Belə bir fakt varsa, polis gəlib mənə imza atdırsın"

Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə evində silah-sursat aşkar edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Deputat Q.Salahzadə Publika.az-a açıqlamasında yayılan məlumatların yalan olduğunu söyləyib:

“18 yaşım olandan bəri məndən nə gəldi yazırlar. Yazılanlar doğru deyil, belə şey mümkün ola bilməz. Yazıblar ki, guya polis evimdə silah-sursat aşkarlayıb. Əgər belə bir fakt varsa, polis gəlib mənə imza atdırsın və desin ki, filan şey olub. İndi mən nə bilim ki, onu haradan tapıb gətirib evimə atıblar”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...