Sabirabadda 13 direktor qovuldu

Sabirabadda 13 direktor qovuldu


Elə bu dəqiqələrdə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadovun birbaşa əmri ilə rayondakı 13 orta məktəbin direktoru işlərində yol verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər.

DİA.AZ-a bu barədə rayondan verilən məlumatda bildirilir ki, neçə müddət imiş təhsil nazirliyi Sabirabad rayon təhsil sistemində təftiş işi həyata keçirirmiş və aparılan yoxlamalar zamanı nazirlik tərəfindən seyli sayda nöqsan aşkarlanıb ki, bunun da nəticəsində şöbə müdiri kəskin qərar verməli olub.

Bununla bağlı dia.az-a danışan Elman Bünyadovun özü də deyilənləri təsdiqləyərək bildirdi ki, işlərində yol verdikləri nöqsanlar, sənədləşmə işindəki yarıtmazlıq səbəbindən 13 orta məktəb direktorunun əmrini elə bu gün verib və bununla bağlı təhsil nazirliyinə təqdimat ünvanlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
701 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...