Gələn il avtomobill\r kəskin ucuzlaşacaq

Azərbaycanda avtomobillər manat ilə satılır. Təbii ki, manatın devalvasiyası avtomobil bazarında qiymətlərin artmasına səbəb olacaq. Bunu SalamNews-a Nazirlər Kabinetinin maliyyə kredit şöbəsinin sabiq müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev 21 dekabr 2015-ci il tarixindən Azərbaycanın üzən məzzənnə rejiminə keçməsindən sonra bahalaşma müşahidə olunan maşın bazarında vəziyyətə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə avtomobillərin qiyməti qalxacaq və satış həcmi azalacaq. Azərbaycan daha çox Gürcüstandan avtomobil idxal edir. Gürcüstanda da avtomobuillərin qiymətinin qalxması oradan maşın gətirənlərin vəziyyətini çətinləşdirəcək.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı SalamNews-a bildirib ki, manatın devalvasiyasından sonra yeni avtomobillərin qiyməti artıb. Artıq yeni avtomobil satışı ilə məşğul olan şirkətlərin bəzilərində qiymət artımı müşhidə olunmağa başlayıb. Təkrar avtomobil bazarında isə demək olar ki, alq-satqı əməliyyatları dayanıb. Çünki, bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlar indiki halda maşın alqı-satqı işini qurmaqda çətinlik çəkirlər.
Ekspert deyir ki, qarşıdakı həftədən avtomobil bazarında müşahidə olunan qeyri-müəyyənlik qismən qaydaya düşəcək. Biz ötən devalvasiyada da maşın bazarında durğunluğu yaşadıq. Proses 21 fevral devalvasiyası ilə oxşar olacaq. Avtomobil bazarında qiymət artımı uzunmüddətli olmayacaq. Sonrakı mərhələdə alıcı qıtlığından əziyyət çəkən satıcılar qiymət azalmasına getməyə məcbur olacaqlar. Çünki tələb azaldıqca, alıcılıq qabiliyyəti mövcud proseslərə görə tədricən aşağı düşür.
Alıcılıq qabiliyyətinin kəskin zəifləməsi sonrakı mərhələdə qiymət azalmasının dərinləşməsinə təkan verəcək. 2016-cı ilin I rübünün sonlarına doğru avtomobillərin qiymətində azalmalar müşahidə olunacaq. Maşınların qiyməti növbəti ilin I rübünün sonlarından ucuzlaşacaq.
364 dəfə oxundu