Neft 16 dollara düşəcək – ŞOK PROQNOZ

Neft 16 dollara düşəcək –


2016-cı ildə neftin qiymətlərində genişmiqyaslı azalma davam edə və bir barel 16 dollar təşkil edə bilər.


GUNDEMİNFO.AZ publika.az-a istinadən xəbər verir ki, bu proqnozla Böyük Britaniyanın “Royal Bank of Scotland” investisiya bankı çıxış edib. Bankın baş iqtisadçısı Endrü Roberts əmindir ki, indiki trend bazarda neftin təklifinin həddən artıq bolluğundan asılıdır. Onun sözlərinə görə, İranın neftinin dünya bazarına çıxışı cari trendi saxlayacaq.

“Bizim proqnozlarımıza görə, 2016-cı ildə neftin bir bareli 16 dollar təşkil edə bilər. Bunun birinci rübdə olacağı ilə bağlı risklər artır. Çünki Beynəlxalq Energetika Agentliyinin hesab etdiyi kimi, neftə qlobal tələbat kəskin azalacaq, neft anbarları artıq doldurulub”, - Roberts öz məruzəsində yazır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...