Gömrükdə islahatlara start verilir - Bakı Baş Gömrük İdarəsi ləğv edilir

Gömrükdə islahatlara start  verilir -

Azərbaycanda dolların bahalaşmasından sonra baş verən qiymət artımı əhali və sahibkarlar arasında təşviş yaradıb. Dövlət başçısı İlham Əliyev bu gün manatın ucuzlaşması ilə bağlı çıxışında bildirib ki, süni qiymət artımlarına qarşı ciddi inzibati tədbirlər görüləcək. Həm də prezident çıxışında yeni mərhələ üçün islahatların həyata keçirilməsinin vacibliyindən də danışıb.

GUNDEMİNFO.AZ-a danışan mənbə bildirir ki, ilk fundamental islahatlar gömrük sistemində həyata keçiriləcək. Məlumatda bildirilir ki, prezidentin bir qədər öncə imzaladığı qanun və tapışırıqlar gömrük sistemində bilərəkdən yubadılır. Söhbət hər bir vətəndaşın xaricdən 10 min manata qədər mal gətirməsi üçün gömrük rüsumlarının ləğv edilməsindən gedir.

İnformasiyaya əsasən Dövlət Gömrük Komitəsi bu sənəddən irəli gələn normativ hüquqi qaydaları və müvafiq olaraq təklifləri Nazirlər Kabinetinə təqdim etməli idi. Hələ də DGK tərəfindən belə bir təklifin irəli sürülmədiyi deyilir.

GUNDEMİNFO.AZ-a danışan mənbə iddia edir ki, komitənin sədr müavini Səfər Mehdiyev təkliflər hazırlamaq üçün təşəbbüsdə bulunsa da, buna manne olanlar var. Mənbəmiz bildirir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov təkliflərin hazırlanması üçün heç bir addım atmayıb. Deyilənlərə əsasən gömrük orqanlarında ən böyük imkanları əlindən cəmləşdirən Vüsal Novruzov bu qaydaların keçməmsi üçün yuxarıları inandırmağa çalışır.

Qaynağımız iddia edir ki, buna baxmayaraq ölkədə qiymət artımlarının və sahibkarlığın inkişafı məqsədilə gömrük sistemində struktur islahatları həyata keçiriləcək. Maraqlı məqam ondadır ki, islahatlar elə Vüsal Novruzovun idarəsinin ləğv edilməsi ilə start götürəcək. Məhz V.Novruzovun işdən atılacağı və idarənin ləğv edilərək Dövlət Gömrük Komitəsinə birləşdiriləcəyi söylənilir. Mövzu ilə bağlı detallı araşdırmalarımızı yaxın günlərdə təqdim edəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1034 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...