Türkiyə Superkubokunun keçiriləcəyi vaxt bəlli oldu

Türkiyə Superkubokunun keçiriləcəyi vaxt bəlli oldu


Türkiyə Superkuboku finalının keçiriləcəyi yer və vaxt bəlli olub.

Apasport.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" arasında baş tutacaq görüş aprelin 7-də, Bakı vaxtı ilə saat 22:00-da oynanılacaq.

Matç Şanlıurfa şəhərində keçiriləcək. Oyunun ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulsa da, təşkilatçıların bəzi qadağalarına görə komandalar meydana çıxmaqdan imtina etmişdilər.

Qeyd edək ki, "Qalatasaray" son Türkiyə çempionatının, "Fənərbaxça" isə kubokunun qalibi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...