Naduroya sui-qəsd hazırlayanlar saxlanılıb

Naduroya sui-qəsd hazırlayanlar saxlanılıb
Venesuelada prezident Nikolas Maduroya sui-qəsd təşkil etməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

"Report"un yerli "Teletica" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə baş prokuror Tarek Uilyam Saab bildirib.

Qeyd olunub ki, işlə bağlı Milli Qvardiyanın keçmiş serjantı Renzo Flores və müxalifətdə olan "Delo R" təşkilatının üzvü Uiker Xose Pinya saxlanılıb.

Onlar vatsap statuslarında Maduroya qarşı təhdidlər yazmaqda ittiham olunurlar. Nəşrin məlumatına görə, həbs zamanı onların telefonlarında tankları ələ keçirmək və dövlət çevrilişi təşkil etmək üçün 50 əsgərin cəlb edilməsi ilə bağlı söhbətlər aşkarlanıb.

Venesuelada son bir il ərzində prezidentə qarşı beş sui-qəsd cəhdində şübhəli bilinən 40-a yaxın adam həbs edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
347 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...