““Crocus”dakı hücumu üzərinə götürən qruplaşma Fransada da terrora cəhd edib” – Makron

““Crocus”dakı hücumu üzərinə götürən qruplaşma Fransada da terrora cəhd edib” –
“Crocus City Hall”a hücuma görə məsuliyyəti üzərinə götürən “Xorasan Vilayəti” adlı İŞİD qanadı daha əvvəl Fransada terror aktları törətmək üçün bir neçə cəhd edib.
Yeniavaz.com “BFM TV”yə istinadən xəbər verir ki, bu barədə respublika Prezidenti Emmanuel Makron bildirib.

Fransa prezidenti bu cəhdlərin nə vaxt və necə edildiyi və onların sayının təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, bir gün əvvəl Fransanın baş naziri Qabriel Attal “Crocus City Hall”da törədilən terror aktından sonra Fransada terror təhlükəsinin səviyyəsinin maksimuma çatdığını açıqlayıb.
BMT-nin terrorla mübarizə üzrə keçmiş yüksək vəzifəli rəsmisi Edmund Fitton-Braun “The New York Times” qəzetinə Moskvada baş verən terror aktı ilə bağlı danışıb və iyul və avqust aylarında Parisdə keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib.
Xatırladaq ki, “Crocus City Hall”da baş verən atışmadan sonra İŞİD-ə bağlı “Amaq” xəbər agentliyi terror qruplaşmasının hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Bu bəyanatın həqiqiliyini bir neçə nəşrə adı çəkilməyən Amerika rəsmiləri təsdiqləyib və əlavə ediblər ki, ABŞ terror aktını təşkil etməkdə “Xorasan Vilayəti” qanadından şübhələnir.
Rusiya teleqram kanalları və təbliğatçıları isə Ukraynanın terror hücumunda iştirakında israr edirlər. Ukrayna hakimiyyəti “Crocus City Hall”da baş verənlərlə bağlı hər hansı əlaqəni inkar edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...