Kalininqradda şirkət rəhbəri başı kəsilmiş halda tapılıb

Kalininqradda şirkət rəhbəri başı kəsilmiş halda tapılıb
Kalininqrad vilayətində kalium və maqnezium duzları hasilatı ilə məşğul olan şirkətin baş direktorunun meyiti Solneçnoye kəndi yaxınlığında körpünün altında tapılıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, cəsədin başı üstündə olmayıb, yanında yedək trosu olub. Faciənin bütün şəraiti araşdırılır.

Cəsədi tapılan Aleksey S. təsisçiləri Hollandiya və Kipr şirkətləri olan “K-Potash Service” şirkətinə rəhbərlik edib. O, 2022-ci ilin oktyabr ayından kombinatın baş direktoru vəzifəsini tuturdu.

2024-cü ildə şirkət Nivenskoye kəndində kalium mədəninin işə salınmasının təxirə salınması ilə bağlı qalmaqalın mərkəzində olub. Daha sonra şirkət nümayəndələri layihə-axtarış işləri aparıldığını, avadanlıqların dəyişdirildiyini bildiriblər. Bu kənddəki mədən 2021-ci ildə fəaliyyətə başlamağa çalışsa da, yerli sakinlərin etirazı nəticəsində işə salınmasının qarşısı alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...