Venesuelada xalq seçkilərin nəticələrinə etiraz edir – 23 hərbçi yaralanıb

Venesuelada xalq seçkilərin nəticələrinə etiraz edir –
Venesuelada prezident seçkilərinin nəticələrindən narazı şəxslər etiraz aksiyaları keçirirlər.
Yeniavaz.com xəbər verir ki, Karakasda və ölkənin bəzi digər şəhərlərində iyulun 28-də ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları başlayıb.
Cənubi Amerika ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopez etiraz aksiyaları zamanı ordu ilə aksiya iştirakçıları arasında iğtişaşlar baş verdiyini, nəticədə 20-dən çox əsgərin yaralandığını açıqlayıb.
“İndiyədək 23 hərbçi yaralanıb, bəziləri güllə yarası alıb. Onlar bugünkü zorakılığın qurbanı olublar və tibbi yardım alırlar”, - o, “X”də yazıb.
Nazir qeyd edib ki, hakimiyyət Venesuelada ölümlə müşayiət olunan kütləvi etirazların baş verdiyi 2014, 2017 və 2019-cu illərdə baş vermiş hadisələrin təkrarlanmasına icazə verməyəcək.
Qeyd edək ki, Milli Seçki Şurasının protokolların 80%-i hazırlandıqdan sonra dərc edilən bülletenə əsasən, Maduronu 5 milyon 150 min 92 seçici (səs verənlərin 51,2 faizi) dəstəkləyib. Onun əsas rəqibi, ifrat sağçı partiyanın namizədi Edmundo Qonzales isə 4 milyon 445 min 978 səs (44,2%) toplayıb. Müxalifət liderlərindən Korina Maçado səsvermənin nəticələrini tanımayıb və Qonzalesi qalib elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...