Lukaşenko ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşını əfv etdi

Lukaşenko ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşını əfv etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko edam cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv etmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti ilə əlaqəli “Pul pervoqo” teleqram kanalı məlumat yayıb.
Qeyd edək ki, Almaniya vətəndaşı Riko Krigerin hökmü iyunun 19-da məlum olub. Minsk məhkəməsi onu bir sıra cinayətlərdə ittiham edərək ölüm cəzasına - edama məhkum edib. Krigerə qarşı altı maddə üzrə ittiham irəli sürülüb: muzdlu fəaliyyət, gizli fəaliyyət, terror aktı, “ekstremist birləşmə” yaratmaq, odlu silah və partlayıcı maddələrlə bağlı qanunsuz hərəkətlər, nəqliyyat vasitəsini və ya rabitə vasitələrini qəsdən yararsız hala salmaq.
Bir neçə gün sonra Belarus dövlət televiziyası Kriger haqqında süjet yayımlayıb və o, dəmir barmaqlıqlar arxasında oturaraq bir il əvvəl xarici muzdlular legionunda komandir kimi işə düzəlmək üçün Ukraynaya getməyə qərar verdiyini deyib.
İyulun 30-da “Pul pervoqo” teleqram kanalı Krigerin əfv tələbi ilə Aleksandr Lukaşenkoya müraciət edildiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...