Ayətullah Xamnəi İsrailə birbaşa zərbələr endirmək əmri verib

Ayətullah Xamnəi İsrailə birbaşa zərbələr endirmək əmri verib


İranın Ali Rəhbəri Ayətullah Xamnəi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib.

Yenisabah.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

ABŞ nəşri əmr barədə məlumatlı 3 İran rəsmisinə istinadən bildirib. dirnaq modelleri

Xamnəinin əmri İranın Haniyənin öldürüldüyünü elan etməsindən qısa müddət sonra çərşənbə günü səhər İran Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında verib.

İkisi “Sepah” üzvü olmaqla məlumatı qəzetə ötürən şəxslər “ictimaiyyət qarşısında çıxış etmək səlahiyyəti olmadığı üçün adlarının açıqlanmamasını istəyiblər”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...