Rusiyada federasiyanın sabiq prezidenti 7 il həbs cəzası alıb

Rusiyada federasiyanın sabiq prezidenti 7 il həbs cəzası alıb
Rusiya Su Polosu Federasiyasının sabiq prezidenti Aleksey Vlasenko 7 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Olimpiya Komitəsi prezidentinin keçmiş müşaviri 450 milyon rubl məbləğində dələduzluqda təqsirli bilinib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

Aleksey Vlasenko 2013-cü ildə törətdiyi əməllərə görə həbs olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
61 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...