Tramp Putinə “diktator” deməkdən imtina etdi – Zelenskini belə adlandırmışdı

  Tramp Putinə “diktator” deməkdən imtina etdi –
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini “diktator” adlandırmaqdan imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu, Trampın Ağ Evdə çıxışı zamanı baş verib.
Belə ki, müxbirlərdən biri Trampın bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenskini adlandırdığı kimi Putini də “diktator” adlandıra bilib-bilməyəcəyini soruşub.
“Mən bu sözü düşünmədən işlətmirəm. Düşünürəm ki, hər şeyin necə olacağını görəcəyik. Gəlin görək nə baş verir. Fikrimcə, bizim müxtəlif ölkələr arasında həqiqətən yaxşı nizamlanma şansımız var”, - Tramp cavabında bildirib.
Xatırladaq ki, fevralın 19-da Tramp Zelenskini Ukraynada prezident seçkiləri keçirmədiyi üçün “seçkisiz diktator” adlandırıb. Zelenski cavab olaraq Trampın sözlərindən incimədiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
62 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...