“Yarım saat ərzində 7 Ukrayna PUA-sı Moskvaya yaxınlaşarkən vurulub” – Sobyanin

“Yarım saat ərzində 7 Ukrayna PUA-sı Moskvaya yaxınlaşarkən vurulub” –
“Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri yarım saatdan az müddətdə Moskvaya doğru uçan 7 Ukrayna pilotsuz təyyarəsini vurub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.
Mer bildirib ki, saat 19:36-da (Bakı vaxtı ilə 20:36 - red.) Rusiya hərbçiləri iki Ukrayna pilotsuz təyyarəsini vurub. Saat 20:11-də (21:11 - red.) Sobyanin Moskvaya yaxınlaşarkən daha beş pilotsuz təyyarənin vurulduğunu yazıb.
Merin xəbərlərindən belə çıxır ki, saat 17:00-dan başlayaraq Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan 9 pilotsuz uçan aparatı vurub.
Son günlər Sergey Sobyanin dəfələrlə hava hücumundan müdafiə qüvvələrinin Moskvaya doğru hərəkət edən Ukrayna pilotsuz təyyarələrini vurduğunu bildirib. PUA hücumları ilə əlaqədar Moskvanın bütün hava limanları mayın 6-sı və 7-də təyyarələrin qalxması və yola salınmasına məhdudiyyətlər qoyub, bu da uçuşların kütləvi ləngiməsinə və ləğv edilməsinə səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...