Gürcüstan Rusiyadan çıxarılan ukraynalıları sərhəddən buraxmır

Gürcüstan Rusiyadan çıxarılan ukraynalıları sərhəddən buraxmır
Rusiyadan deportasiya edilən 80-ə yaxın Ukrayna vətəndaşı Gürcüstan hakimiyyəti tərəfindən ölkəyə buraxılmır.

Bakupost.az xəbər verir ki, hazırda onlar Rusiya-Gürcüstan sərhədindədirlər.

Bu barədə Dariali sərhəd-miqrasiya keçid məntəqəsinin rəis müavini Luka Paataşvili məlumat verib.

O bildirib ki, Ukrayna vətəndaşlarının sərhədi keçmək üçün lazımi sənədləri yoxdur. Eyni zamanda, onların ölkəyə buraxılması təhlükəlidir, çünki bu şəxslər cinayət törədə bilərlər.

"Onlar Rusiya Federasiyasından Gürcüstana deportasiya olunublar. Söhbət təxminən 80 nəfərdən gedir. Hazırda onların vəziyyəti normaldır, gözləyirlər. Həmçinin onların Ukrayna vətəndaşı olub-olmaması dəqiq müəyyən edilməyib, çünki lazımi sənədləri yoxdur", - Paataşvili qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...