Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Kollec rəhbərliyi tələbələrə imtahanın əvvəlində “bilik yeniləmək” adı ilə 3-5 dəqiqəlik telefona baxmağa icazə verildiyini desə də, görüntülər göstərir ki, bu proses bütün imtahan boyu davam edib və tələbələr açıq şəkildə sualları telefondan köçürüblər.
Mənbələrin redaksiyamıza təqdim etdiyi məlumatlara əsasən, bu imkan yalnız müəyyən şərtlərlə – yəni rüşvət qarşılığında – yaradılır. İddialara görə:

???? İmtahandan kəsilən tələbələr, təkrar imtahana buraxılmaq üçün əvvəlcə 25% rəsmi ödənişi ödəyir,
???? Daha sonra hər bir fənn üzrə əlavə olaraq 50 manat qeyri-rəsmi “rüşvət” verərək köçürməyə şərait əldə edirlər.
Bu isə açıq şəkildə rüşvətin təhsil sisteminə inteqrasiya olunmuş formasıdır. Tələbə qiyməti biliklə yox, cəmi 50 manata alır. Bu faktlar yalnız təhsil prosesini yox, gənclərin gələcəyini də sıradan çıxarır.

Əlaçılıq yox, Katiblik: Ülvi Əzizovun təyin edilmiş “Nümunəvi” rolu
Keşlə korpusunun tələbəsi Ülvi Əzizovun dərsə gəlmədiyi halda direktor Sevinc Həmzəyevanın otağında katiblik etməsi, həmçinin imtahanlarda iştirak etmədən digər tələbələrin imtahanına nəzarət etməsi, seçki keçirilmədən gənclər təşkilatına sədr təyin olunması, həm də Həmkarların Yardım Fonduna “əlaçı tələbə” kimi daxil edilməsi – sistemli saxtakarlığın bir başqa sübutudur.
Ortaya çıxan bu faktlar göstərir ki, Qida Sənayesi Kollecində təhsil bir məqsəd deyil, formal alver predmetinə çevrilib. Diplomlar pulla, vəzifələr şəxsi münasibətlə, yardım paketləri isə himayə ilə verilir.
Redaksiya olaraq Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Universiteti, Hesablama Palatası və Baş Prokurorluğu bu məsələyə təcili şəkildə müdaxilə etməyə, şəffaf araşdırma başlatmağa, cinayət tərkibli halları araşdırmağa çağırırıq.
Araşdırmamız davam edir...
Gələn yazılarımızda:
- Saxta sənədlərlə özünü düzə çıxarmağa çalışan Sevinc Həmzəyeva (Məmmədova) hansı orqanın sənədlərinə müdaxilə edib?
- Ülvi Əzizov Həmzəyeva tərəfindən niyə bu qədər önəmli şəxs olaraq təqdim edilir?//mediatv.az
44 dəfə oxundu