Sverdlovsk vilayətindən 33 azərbaycanlı deportasiya edilib

Sverdlovsk vilayətindən 33 azərbaycanlı deportasiya edilib
Bu ilin yanvar-iyul aylarında Rusiyanın Sverdlovsk vilayətindən 1 000-ə yaxın miqrant öz vətənlərinə deportasiya edilib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qovulanların əksəriyyəti Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır.
Qeyd edilir ki, göstərilən müddət ərzində Tacikistandan 428, Özbəkistandan 298, Qırğızıstandan isə 133 qeyri-qanuni mühacir vətənlərinə göndərilib. Deportasiya edilənlər siyahısında 33 azərbaycanlı da olub.
Gürcüstan, Misir və Çindən olan azsaylı xarici vətəndaşlar da (1 nəfərdən 6 nəfərə qədər) rayon ərazisini tərk etmək məcburiyyətində qalıb.
Bildirilir ki, deportasiya edilən şəxslərin hamısı Rusiyaya işə düzəlmək məqsədi ilə gəlsələr də, qanuni əsas olmadan ölkədə olublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...