Rusiyalı milyarder sanksiyalardan bezib, kömək istəyir

Rusiyalı milyarder sanksiyalardan bezib, kömək istəyir
Rusiyalı iş adamı Mixail Fridman İspaniya hakimiyyətindən ona Avropa İttifaqının sanksiyalarından çıxmağa kömək etməyi xahiş edib.

AzPost bildirir ki, bu barədə İspaniyanın “El Mundo” qəzeti Fridmanın İspaniya hökumətinə ünvanladığı məktubu haqqında yazıb. O, məktubunda sanksiyaların onun ispan biznesini inkişaf etdirməsinə mane olduğunu bildirərək tələbini əsaslandırmağa çalışıb.

Fridman İspaniyanın “Dia” supermarketlər şəbəkəsinə nəzarət edən “LetterOne” fondunun əsas səhmdarlarından biridir.
Sentyabrda Avropa İttifaqı sanksiyalara yenidən baxacaq.

Fridman məktubunda aktivlərin dondurulması və Aİ ölkələrinə girişin qadağan edilməsini nəzərdə tutan sanksiyaların ona və biznesinə zərər verdiyindən şikayətlənib. Fridman supermarketlərə qoyduğu milyon dollarlıq sərmayələri yada salıb və daha 300 yeni mağaza (Dia şəbəkəsində artıq fəaliyyət göstərən 2300 mağazaya əlavə olaraq) açacağını vəd edib. Bunun üçün o, rəhbərliyə qayıtmalıdır.

“El Mundo”nun məlumatına görə, Fridman həmçinin iddia edir ki, 2024-cü ilin iyulunda o, Rusiyadakı bank əməliyyatlarını dayandırdığını elan edib və ona qarşı tətbiq edilən sanksiyalara ciddi əməl etdiyini nümayiş etdirib.
İspan nəşri qeyd edir ki, rusiyalı iş adamı artıq bir sıra Aİ ölkələrinin, o cümlədən Macarıstan, Slovakiya, Lüksemburq, İtaliya, Yunanıstan, Avstriya və Xorvatiyanın dəstəyini qazanıb. Lakin Latviya Petr Aven ilə korporativ əlaqələrini tənqid edərək, onun əleyhinə çıxış edib.

Bu həftə “Financial Times” qəzeti yazıb ki, Mixail Fridman və Petr Aven Aİ sanksiyalarına görə LetterOne holdinqindən təxminən 300 milyon dollar dividend ala bilmirlər. 2025-ci ilin əvvəlində Fridman və Aven Alfa-Bank və Alfa-Sığortadakı səhmlərini sataraq sanksiya siyahısından çıxmağa çalışıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...