Ramazan atəşkəsi elan edildi Yəməndə

Ramazan atəşkəsi elan edildi

Yəməndə müharibə edən tərəflər BMT-nin sponsorluğu ilə keçirilən sülh danışıqlarında atəşkəsin vacib olmasına razılaşıblar.

ANS PRESS-in məlumatına görə, BMT-nin Yəməndəki xüsusi elçisi İsmail Ould Şeyx Əhməd deyib ki, hazırda detallar üzrə müzakirələr aparılır. Müxtəlif siyasi fraksiyalar arasında fikir ayrılıqlarını həll etməyə çalışırıq. Ancaq tərəflər hələ də danışıqlar masasından imtina edir, fərqli məsələlər irəli sürürlər. Yəmənin cənubundakı separatçı dəstə liderlərindən olan Qaleb Al-Mutlak bildirib ki, müzakirə olunan atəşkəs iyunun 18-də Ramazan ayı ilə başlayıb bir ay çəkəcək. Digər detallar üzrə də müzakirə olunur.


Xatırladaq ki, ötən ilin sentyabrında İranın dəstəklədiyi husi qüvvələri paytaxt Sananı tutub, prezident Abd-Rabbu Mansur Hadi ölkədən qaçaraq Səudiyyə Ərəbistanında gizlənib. Bu ilin martında isə Səudiyyə Ərəbistanı koalisiyası husilərə hava zərbələri endirməyə başlayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1193 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...