Azərbaycanlı milyarder Türkiyənin baş nazir müavininə necə tələ qurdu...

Azərbaycanlı milyarder Türkiyənin baş nazir müavininə necə tələ qurdu...

Türkiyənin "Yeni Şafak" qəzetinin yazarı Mufidin Yüksəl azərbaycanlı milyorder, iş adamı Rza Zərraba mükafat verən nazir müavini Niman Kurtulmuşa tələ qurulduğunu açıqlayıb. Avropa.info xəbər verir ki, vaxtilə Kurtulmuşun rəhbəri olduğu Has Partiyanın qurucularından olan yazar, nazir müavininin Rza Zərraba mükafat verilməsini tənqid edərək, onun tələyə düşdüyünü bildirib.

"Niman bəyin bu cür işlərdə bir az daha diqqətli olunması lazımdır. Kurtulmuş olayın bir az gec anladı. Lakin, onun bu hadisəylə bağlı verdiyi bəyanatlar mühümdür."

Rza Zərrabın müəmmalı bir adam olduğunu iddia edən Yüksəl, ona mükafat verilməsinin doğru olmadığını deyib.

Qeyd edək ki, bir neçə gün öncə, iş adamlarına mükafat təqdim edən Niman Kurtulmuş qarşısında Rza Zərrabı görüncə, təccüblənmişdi. Olayla bağlı açıqlama verən Kurtulmuş Zərrabı həyatda ilk dəfədir gördüyünü və onun adının siyahıda olduğunu öncədən bilmədiyini demişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...