Ohanyan Naxçıvan sərhədinə gəldi

Ohanyan Naxçıvan sərhədinə gəldi

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə yaxın əraziyə gəlib.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hərbçisi iyunun 26-da məhz həmin ərazidə həlak olub.
Erməni nazir postlara baş çəkib, operativ vəziyyətlə tanış olub, döyüş növbəsinin xüsusiyyətləri ilə maraqlanıb, istehkam-mühəndis qurğularının nə dərəcədə etibarlı olmasını şəxsən yoxlayıb. Erməni KİV-lərinin xəbərinə görə, nazir Ohanyan əsgər və zabitlərlə söhbət edib, şəxsi heyətlə görüşüb, onların hazırlıq səviyyəsi və mənəvi-psixoloji durumu ilə tanış olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1223 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...