Roma Papası narkotikin dadına baxmağa gedir

Roma Papası narkotikin dadına baxmağa gedir


İyulun ortalarında Latın Amerikasına səfər edəcək Roma Papası Fransisk Boliviyada koka yarpaqlarının tamına baxmaq istəyir. Kokain kollarında bitən bu yarpaqlar yüz ilə yaxındır ki, dünyada kokain istehsalı üçün əsas xammal kimi işlədilir.
ANS PRESS-in məlumatına görə, pontifikin bu planı barədə Boliviyanın mədəniyyət naziri Marko Maçikao məlumat verib. "Müqəddəs Ata səfər çərçivəsində xüsusi olaraq koka yarpağı çeynəmək imkanı xahiş edib", - deyə nazir vurğulayıb. Maçikao deyib ki, "xüsusi olaraq ona mate (tərkibində kofein olan içki) və bir sıra başqa milli məhsullar" təklif ediblər, amma Roma Papası məhz koka yarpaqlarında israr edib.

Nazirin sözlərinə görə, koka yarpağı Yunqas bölgəsindən gətiriləcək: "Biz bilirik ki, ən dadlı və çeynəmə zamanı ən xoş olan koka həmin bölgədə bitir". Roma Papasının 8-10 iyulda Boliviya, Ekvador və Paraqvaya səfər edəcəyi gözlənilir. Boliviya dünya üzrə əsas koka istehsalçılarından biridir. Amma yerli hakimiyyət narkotika ticarətçilərinə qarşı amansız mübarizə aparır. Buna baxmayaraq, ölkə prezidenti Evo Morales kokain kollarını bitki kimi müdafiə edir. Onun fikrincə, koka narkotik deyil və And əhalisinin mədəni irsidir. Morales hətta xüsusi bayram - koka yarpaqlarının milli çeynəmə günü təsis edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...