Nazirlik Qəbələdəki sellə bağlı açıqlama verdi - nəhayət

Nazirlik Qəbələdəki sellə bağlı açıqlama verdi -

Dünən Qəbələyə yağan güclü yağış çayların daşmasına səbəb olub. Nəticədə evlər və maşınlar su altında qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş hidroloqu Asif Verdiyev AzVision.az-a bildirib ki, iyulun 22 –də axşam saatlarında Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli yağış qeydə alınıb. Ən çox yağış Şəki və Qəbələ rayonu ərazisinə düşüb.

Baş hidroloqun sözlərinə görə, həmin rayonlardan axan bəzi çaylarda sululuq artıb: “Ayın 23-də axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çağacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ümumiyyətlə bu axşam və sabah səhər çaylarda, əsasən də çayın yuxarı hissələrində sululuğun artması özünü göstərəcək. Sululuğun artacağı çaylar əsasən Qanıx və Kür çayına tökülür. Amma çaylarda sululuğun artması Qanıx və ya Kürdə hər hansı sel təhlükəsi yaratmayacaq”.

Mənbəyini Oğuz dağlarından götürən Əyriçayın daşdığını deyən A.Verdiyevin sözlərinə görə, sululuğun artması ilə əlaqədar Qanıx çayında bu axşam və sabah səhər suyun səviyyəsi yüksələcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...