Türkiyədə polislərə növbəti dəfə hücum edilib

Türkiyədə polislərə növbəti dəfə hücum edilib


Dünən Şanlıurfada iki polisin şəhid olunmasının ardından, bu gün də Diyarbəkirdə polisə qarşı hücum olunub.

Axşam saatlarında “Şəhidlik” küçəsində yol nəqliyyatına nəzarət edən iki polis naməlum şəxslərin hücumuna məruz qalıb. Polislərdən birinin şəhid olduğu və digərinin isə başından yaralandığı bildirilib. Artıq əldə olunan məlumatda o da bildirilir ki, polislərə qəzanın baş verməsi ilə bağlı xəbər çatdırılıb. Və polislər qəza yerinə gedərkən yolda tələyə düşürülüblər. Hücumdan sonra həm qurudan, həm də helikopterlər vasitəsilə havadan axtarışlara başlanılıb. Hücumu kimin və ya kimlərin etdiyi hələlik bilinmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...