“Putin Zori Balayan kimi danışır...”

“Putin Zori Balayan kimi danışır...”

“Putin Ermənistanda “soyqırım” tədbirinə getməklə bir daha imperiya xislətlini göstərdi”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov bildirib.

Deputat Rusiya prezidentini Zori Balayana bənzədib:“Putin qondarma soyqırımla bağlı fikirləri səsləndirəndə elə bildim ki, Zori Balayan danışır. O, təkcə ermənilərə başsağlığı verməklə kifayətlənmədi, eyni zamanda Ermənistanın yanında olduğunu göstərdi.

Odur ki, ATƏT-in Minsk Qrupu formatında bu dövlətlərin vasitəçiliyi ilə problemin həllinə inanmaq yalnışlıqdır. Çünki Rusiya, Fransa və ABŞ tarixən erməniliyi, erməni məsələsini, Azərbaycan torpaqlarında Ermənistan dövlətini gündəmə gətirib yaradan dövlətlərdir. Həmişə deyirəm və yenə də fikrimin üzərində qalıram ki, bu formatda Minsk Qrupu çərçivəsində gedən danışıqlarda qüvvələr nisbəti dördün birədir. Bir Azərbaycana qarşı dörd Ermənistan var”.

Millət vəkili bildirib ki, Rusiya, Fransa və ABŞ Ermənistana havadarlıq edir.

“Adı çəkilən ölkələr ATƏT-in Minsk Qrupunda vasitəçi rolunda deyillər. Onlar burada tərəf rolundadırlar. Onların məqsədi bu problemin həllini ləngitməklə Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə nəisə etməkdir. Uzun illərdir onlar fəaliyyətləri ilə buna çalışırlar və buna da nail olmayıblar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...