Erməni mətbuatından SOS siqnalı: “Ölkə sürətlə boşalır”

Erməni mətbuatından SOS siqnalı:
“Ermənistan sürətlə boşalır, əhalinin ölkəni tərk etməsi prosesi davam edir”.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistanın “Çorrord işxanutyun” adlı qəzeti yazıb.

“Əhalinin Ermənistandan mühacirəti davamlı xarakter alıb. Bu proses indi daha böyük sürətlə gedir. 2015-ci ilin ilk 4 ayında Ermənistandan 27 min 114 nəfər mühacirətə gedib. Bunlar ölkəni birdəfəlik tərk edənlərdir. Ermənistanın Milli Statistika Xidmətinin rəsmi məlumatına görə, 291 min 625 nəfər Ermənistan vətəndaşı ölkədən gedib. Onların 264 min 511 nəfəri qayıdıb. Ermənistanı tərk edənlərlə geri qayıtmayanlar arasındakı fərq ötən il 28 min 447 nəfər olub. Onu da xatırladaq ki, Ermənistanda demoqrafik vəziyyət də pisləşib və bu, narahatlıq doğurmaya bilməz. Yeni doğulanların sayı bu il ötən ilə nisbətən 2 faiz azalıb” - deyə erməni qəzeti yazır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...