Barak Obama geyi ABŞ-ın ordu naziri təyin edir

Barak Obama geyi ABŞ-ın ordu naziri təyin edir


ABŞ prezidenti Barak Obama homoseksualist olduğunu açıq etiraf edən Erik Fenninqi ordu işləri üzrə nazir təyin edir. Virtualaz.org saytı xəbər verir ki, “The Washington Post” qəzeti Birləşmiş Ştatlar tarixində ilk dəfə qeyri-ənənəvi cinsi oriyentasiyaya malik birinin bu mühüm postu tuta biləcəyini yazır. Onun namizədliyini hələ Senat təsdiq etməlidir.
Bu, Obama administrasiyasının gey və lesbiyankaları federal səviyyədə mühüm vəzifələrə irəli çəkməsinə yönəlmiş tədbirlər seriyasında növbəti epizoddur.


Barak Obama bundan əvvəl gey və lesbiyanların ABŞ ordusunda xidmətinə qoyulmuş qadağanı ləğv edib, habelə gey olduğunu gizlətməyən diplomatları Dövlət Departamentində vəzifələrə təyin edib və səfir göndərib. Erik Fenninq 25 ildən artıq müddətdə Konqresdə və Pentaqonda müdafiə və milli təhlükəsizlik üzrə mütəxəssis postunda işləyib.
“Erik çoxillik uğurlu təcrübəyə və müstəsna liderlik keyfiyyətlərinə malikdir. Bu da onun ordu işləri üzrə nazir vəzifəsinə ideal namizəd olduğunu göstərir”- deyə Obama bildirib.

Ordu işləri üzrə nazir Birləşmiş Ştatlar ordusunun təchizatına nəzarət edir. Klinton administrasiyasında müdafiə nazirinin müavini işləmiş Rudi de Leon bildirib ki, Fenninq bu vəzifəyə ordu üçün kritik dövrdə təyin edilir. Onun sözlərinə görə, ABŞ ordusu hələ də prezident Reyqanın dövründə verilmiş silahlardan istifadə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1038 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...