Ermənistanda prezidentin səlahiyyətləri əlindən alınır

Ermənistanda prezidentin səlahiyyətləri əlindən alınır


Ermənistan parlamentində 5-8 oktyabr tarixlərində Konstitusiya islahatları üzrə səsvermə keçiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nə açıqlamasında parlamentin Hüquqi məsələlər üzrə komissiyasının sədri, hakim Respublika partiyasının deputatı Ovanes Saakyan bildirib. Onun sözlərinə görə, səsvermə parlamentin növbəti 4 günlük (5-8 oktyabr) iclası zamanı keçiriləcək.

Buna qədər isə komissiyanın növbəti iclası keçiriləcək. Bu iclas zamanı deputatlar yenidən öz təkliflərini irəli sürə biləcəklər.
Yeni Konstitusiya ilə Ermənistanda “yarımprezident idarəetmə sistemi” ləğv ediləcək və əvəzində parlament hökuməti yaradılacaq.
Bununla yanaşı, prezidentin az da olsa bəzi istisna, simvolik səlahiyyətləri olacaq. Qeyd edək ki, parlamentli respublikaya keçiddən sonra növbəti parlament seçkilərində Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci ildə istefa verə və Ermənistan Respublika Partiyasının siyahısının başçılıq edən şəxs olaraq qalib gələrsə, baş nazir kimi fəaliyyətini davam etdirə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
952 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...