Ukraynanın Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qərarı qüvvəyə minib

Ukraynanın Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qərarı qüvvəyə minib


Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiyaya qarşı sanksiyaların tətbiqi haqqında fərmanı qüvvəyə minib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, fərmanda fiziki şəxslərlə bağlı siyahıya müəyyən dəyişikliklər edilib. Sənəddə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fiziki şəxslərə qarşı xüsusi iqtisadi və məhdudlaşdırıcı tədbirlərin görülməsi, o cümlədən fiziki şəxslərlə bağlı siyahıya dəyişikliyin edilməsi təsdiq edilir. Siyahıdan 6 avropalı jurnalistin adı çıxarılıb. Son fərmana əsasən rəsmi Kiyev tərəfindən sanksiya tətbiq edilən fiziki şəxslərin sayı 382, hüquqi şəxslərin sayı isə 105 nəfər olub. Sanksiyalar ölkəyə səfər, mülkiyyətə həbs qoyulması kimi məhdudiyyətləri əks etdirir və bir il qüvvədə qalacaq.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...