Avropaya hər gün 8000 qaçqın gəlir

Avropaya hər gün 8000 qaçqın gəlir


Avropaya hər gün İraq və Suriyadan təxminən 8000 qaçqının axını davam edəcək.

BMT-nin qaçqınlarla iş üzrə regional koordinatoru Amin Awad bu barədə Reuters xəbər agentliyinə bildirib. Hər gün Yunanıstana 5000-dən çox qaçqın gəlir. Əgər havalar yaxşı keçərsə və sərhədlər açıq olarsa, bu axın qış ərzində də davam edə bilər, Beynəlxalq Miqrant Təşkilatı (İOM) BBC-ə bildirib.
Bu il ərzində Avropaya Yaxın Şərq və Afrika kimi münaqişə zonalarından təxminən yarım milyon miqrant gəlib.

BMT bu ilin axırınadək 10 milyon iraqlının müəyyən humanitar yardıma ehtiyacı olacağını gözləyir. Bu həftə 120 min qaçqının Avropada yerləşdirilməsinə dair nazirlərin razılığa gəlməsinin ardından, Aİ-də dərin fikir ayrılığı üzə çıxıb. Suriya, İraq və Eritreyadan olan qaçqınlar Yunanıstan və İtaliyadan köçürüləcək.
Dörd Mərkəzi və Şərqi Avropa ölkəsi qaçqınlarla bağlı tədbirlərin əleyhinə çıxmağa davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...