Moldova müxalifəti küçələri bağlayır

Moldova müxalifəti küçələri bağlayır


Oktyabrın 3-də Moldova paytaxtı Kişinyovda etirazçılar mərkəzi küçəni bağlayıb, onun hərəkət hissəsində çadırlar qurublar.

Aksiyanı Moldova Sosialistlər Partiyası və «Bizim Partiya» təşkil edib. Bundan əvvəl onlar parlamentin və Kənd Təsərrüfatı Nazirliyinin binaları qarşısında çadır qurmuşdular.

«Interfax» bildirir ki, cümə günü axşam bir neçə yüz polis çadır şəhərciyini dağıdıb.

İki sol partiya sentyabrın 25-dən ölkədə aksiyalara başlayıb. Aksiyaçılar prezidentin, hökumətin istefasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Eyni tələblə «Ləyaqət və Həqiqət» Vətəndaş Hərəkatı da sentyabrın 6-dan aksiyalara başlayıb. Hərəkat tərəfdarları Kişinyovun mərkəzi meydanında yüzlərlə çadır qurub. Onların bazar günü növbəti mitinqi gözlənir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...