Ruslar İŞİD tanklarını məhv etdilər

Ruslar İŞİD tanklarını məhv etdilər


Rusiya aviasiyası Suriyada İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının zirehli texnika və tanklarının olduğu bazanı yerlə yeksan edib. AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Koneşenkov bildirib.

Məlumata əsasən, aralarında “T-55” tipli tanklarda olmaqla İŞİD-in 30-a yaxın zirehli texnikası sıradan çıxarılıb: “Ümumilikdə obyektə 6 aviasiya zərbəsi endirilib ki, nəticədə yaraqlıların texnikası tamamilə sıradan çıxarılıb”. Zirehli texnika ilə yanaşı Rusiya Hərbi-Kosmik Qüvvələrinin (HQS) “Su 24M” tipli bombardmançı təyyarələri Homs vilayətində terrorçuların rabitə məntəqəsini və Hama vilayətində qərargah məntəqəsinə hücum edib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib. İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...