Suriyadakı Rusiya səfirliyinə hücum oldu

Suriyadakı Rusiya səfirliyinə hücum oldu

Rusiyanın Suriyadakı səfirliyi hücuma məruz qalıb. Səfirlini binası minaatanlardan atəşə tutulub. Rusiyalı diplomatlardan heç kim zərər çəkməyib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə “RİA Novosti”yə səfirlik əməkdaşları məlumat verib. “Mərmilərin ikisi səfirliyin ərazisinə düşdü. Rusiyalı diplomatlar arasında xəsarət alanlar yoxdur. Amma binaya ciddi maddi ziyan dəyib” - deyə Dəməşqdəki rusiyalı diplomat bildirib.

Bundan əlavə, Rusiya qoşunlarının Suriyaya girməsini dəstəkləyən qüvvələrin aksiya keçirdiyi ərazidə də bir neçə partlayış olub. Şahidlərin verdiyi məlumata görə, aksiya iştirakçıları arasında yaralananlar var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
991 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...