Finlandiya prezidenti Ərdoğanın sarayında azmaqdan qorxur

Finlandiya prezidenti Ərdoğanın sarayında azmaqdan qorxur


Finlandiya prezidenti Sauli Niinistyö Ankaraya rəsmi səfəri ərəfəsində türkiyəli həmkarı Ərdoğanın yeni sarayı haqda danışıb

Sauli Niinistyö “Ərdoğanın sarayında azmayacağına ümid etdiyini” bildirib. “Ağ Sarayda azmayım deyə özümlə ola bilsin ki, kompas da götürdüm” - deyə Finlandiya prezidenti zarafatla bildirib. Sauli Niinistyö “Hürriyet” qəzetinə müsahibəsində əlavə edib ki, finlər möhtəşəm saraylara vərdiş etməyiblər: “Finlandiya həmişə kasıb ölkə olub”.

Qeyd edək ki, tikintisinə 2011-ci ildə başlanılan Ağ Sarayda əvvəlcə Türkiyə hökumətinin yerləşməsi nəzərdə tutulurdu. Lakin Ərdoğan 2014-cü ildə prezident seçkilərində qələbə qazanandan sonra bəyan etdi ki, bu saray prezidentin iqamətgahı olacaq. Ağ Sarayın tikintisi Türkiyə büdcəsinə 615 milyon dollara başa gəlib.(virtualaz.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...