Bu gecə Türkiyənin taleyi həll olunur: "Axmaqlıq lazım deyil"

Bu gecə Türkiyənin taleyi həll olunur:


Bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində son oyununa çıxacaq Türkiyə millisi pley-off-a qatılmaq şanslarını saxlayır.

Qrup lideri İslandiya millisi ilə üz-üzə gələcək qardaş ölkə yığması rəqibini məğlub etməlidir. Hətta Türkiyə yığması qələbə qazanıb Qazaxıstanın Latviyanı məğlub edəcəyini gözləyib ən yaxşı 3-cü yer sahibi kimi qitə birinciliyinə birbaşa vəsiqə də əldə edə bilər. Bu gün baş tutacaq oyundan öncə komandanın baş məşqçisi Fatih Terim jurnalistlər önünə çıxıb: “İslandiya millisini təbrik edirəm. Biz də AÇ-nin final mərhələsinə qatılmaq istəyirik. Fərqi yoxdur ki, ora necə vəsiqə qazanacağıq. Əsas olan bunu bacarmaqdır. Düzünü desək, çox çətin durumdur. Biz hamımız milli komandanın bir parçasıyıq. Allah bizə kömək etsin. Ölkədə baş verən son hadisələr də bizə çox pis təsir edib. Futbolçular da bu vəziyyətdən sarsılıblar. Hər kəs əlindən gələni etməlidir. Kimin tankı, topu varsa, ortaya qoymalıdır. İndi isə futboldan danışaq. Biz Hollandiyanı qabaqlamaqla böyük iş gördük. Bunun davamını gətirməliyik”.

Təcrübəli mütəxəssis komandanın oyun fəlsəfəsində dəyişiklik olduğunu qeyd edib: “Bizim komandanın oyununda müəyyən dəyişiklik var. Statistika futbolda önəmli deyil. Komandanın nə istədiyi birinci planda olmalıdır. Yeni söz-söhbətlərdən sıxıldım. Nəyisə dəyişmək üçün nəsə axmaq addımlar atmaq lazım deyil. Biz fədakarlıq etməliyik” ("Qafqazinfo").

"Avro-2016"nın seçmə mərhələsinə İslandiya səfər matçı ilə başlayan Türkiyə yığmasının son olaraq Çexiya ilə qarşılaşdığı görüşdəki heyətləri arasında ciddi fərq nəzərə çarpır. Fatih Terimin komandasının heyətində seçmə mərhələnin ilk oyunu ilə müqayisədə Çexiyaya qarşı 8 fərqli futbolçunun oynadığı diqqət çəkib. Türkiyə millisi seçmə mərhələnin ilk matçında İslandiya ilə oyuna aşağıdakı heyətlə çıxıb: Onur Kıvrak, Gökhan Gönül, Caner Ərkin, Ömər Toprak, Ərsan Gülüm, Əmrə Bəlözoğlu, Səlçuk İnan, Arda Turan, Mehmet Topal, Olcan Adin və Burak Yılmaz.

"Ay-ulduzlu" komanda son olaraq Praqada Çexiyanı 2:0 hesabı ilə məğlub etdiyi matçda isə Fatih Terim aşağıdakı futbolçulara şans verib: Volkan Babacan, Şənər Özbayraklı, Hakan Balta, Sərdar Əziz, Canər Ərkin, Hakan Çalhanoğu, Səlçuk İnan, Arda Turan, Oğuzhan Özyakup, Ozan Tufan və Cenk Tosun. Heyətdən də göründüyü kimi, adları qeyd olunan futbolçulardan yalnız 3-ü - Arda Turan, Səlçuk İnan və Canər Ərkin hər iki görüşdə iştirak edib. Bu, Türkiyə millisinin tarixində ilk belə hal deyil. Daha öncə qardaş ölkənin yığmasının heyətində "Avro-1996"da 7, "Avro-2008"də isə 8 futbolçu fərqi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...