İlham Əliyevlə qiymətlərin aşağı düşməsindən danışdıq – Putin

İlham Əliyevlə qiymətlərin aşağı düşməsindən danışdıq –


Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə ixrac məhsullarının qiymətlərinin aşağı düşməsi ilə bağlı məsələləri müzakirə edib.

AzVision.az xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda bildirilir. “Bu gün bizim ölkələrimizə bir sıra xarici neqativ faktorlar təsir edir. Biz bu barədə bu zala gələn vaxt Azərbaycan prezidenti də daxil olmaqla bir sıra həmkarlarımızla danışdıq. Bu faktorlar siyahısına bizim bir sıra əsas ixrac məhsullarımızın qiymətinin aşağı düşməsi, dünya iqtisadiyyatında qeyri-müəyyənlik, bir sıra regionlarda siyasi gərginliyin artması daxildir”, - Putin vurğulayıb.

Rusiya lideri MDB ölkələri prezidentləri Şurasında çıxışı zamanı bəyan edib ki, MDB ölkələrində milli iqtisadiyyatlarının xarici bazarlardan asılılığı azaldılması, həmçinin iş əlaqələrinin canlandırılması üçün kompleks tədbirlər barədə düşünməliyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...