İŞİD-in Liviyadakı lideri məhv edilib

İŞİD-in Liviyadakı lideri məhv edilib


İŞİD terror qruplaşmasının Liviyadakı qolunun lideri Əbu Nabil ABŞ təyyarələrinin zərbələri nəticəsində məhv edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.

Qurumun rəsmi nümayəndəsi Piter Kukun sözlərinə görə, Əbu Nabilin ölümü İŞİD-in Liviyadakı mövqeyini zəiflədəcək. Kuk qeyd edib ki, Əbu Nabilin məhv edilməsi əməliyyatı hakimiyyət qurumları ilə razılaşdırılıb və Parisdə törədilən terror aktlarından xeyli əvvəl planlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...