Saakaşvili fransız bayrağına bürünənlərə qarşı çıxdı

Saakaşvili fransız bayrağına bürünənlərə qarşı çıxdı


Ukraynalılar sosial şəbəkələrdəki profillərində Fransa bayraqlarını Ukrayna bayrağı ilə əvəz etməlidirlər. Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Odessa qubernatoru Mixail Saakaşvili paylaşıb. Onun sözlərinə görə, Ukrayna hər gün cəbhədə övlad itirir:

“Fransada böyük faciə baş verib və biz hamımız onlarla həmrəyik. Lakin biz bir dəqiqə də olsun unutmamalıyıq ki, hər gün şərqdə bizim qəhrəmanlarımız ölür. Düşünürəm ki, ukraynalılar Fransa bayrağı yerinə öz bayraqlarını profillərinə qoymağa məcburdurlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...