Putin və Olland arasında İŞİD razılaşması

Putin və Olland arasında İŞİD razılaşması


Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Olland ilə telefon danışığı zamanı Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəliblər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

“Liderlər beynəlxalq terrorçuluğa qarşı mübarizədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetiriblər. Suriyada Fransa və Rusiya tərəfindən terror qruplarına qarşı keçirilən əməliyyatlar zamanı iki ölkənin hərbi qurumları və xüsusi xidmət orqanları arasında daha sıx təmasların qurulmasının və addımların əlaqələndirilməsinin təmin olunmasına dair razılığa gəlinib”, deyə məlumatda qeyd olunub.

Putin və Olland noyabrın 26-da Moskvada dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, Fransa prezidentinin noyabrın 24-də Vaşinqtona, noyabrın 26-da isə Moskvaya səfəri nəzərə tutulub. Dövlət başçıları İŞİD-ə qarşı mübarizə metodlarını və Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1039 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...