Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının daşınmasında problem yaranıb

Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının daşınmasında problem yaranıb


Rusiya Federasiyasının yol vergisi ilə bağlı ölkə qanunveiciliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub. Nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şikətlərin bəziləri tətil elan edərək işi dayandırıb. Bu barədə DGK Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhəddi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib.

Dövlət Gömrük Komitəsi bildirir ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir.

Xatırladaq ki, yaranmış problemin həlli ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiya Federasiyası Federal Gömrük Xidmətinə müraciət edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...