Azərbaycanlı qadına Tatarıstanda yüksək vəzifə verildi

Azərbaycanlı qadına Tatarıstanda yüksək vəzifə verildi


Tatarıstanın Nazirlər Kabineti yanında Əsas Arxiv İdarəsinin rəisi vəzifəsinə əslən Azərbaycandan olan xanım rəhbər təyin olunub. 2005-ci ildən bu vəzifəni idarə edən Danil İbrahimov təqaüdə çıxıb. Hal-hazırda bu vəzifə İradə Əyyubovaya həvalə olunub.

Məlumat üçün deyək ki, İradə Əyyubova 1971-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirib. Daha sonra Tatarıstana köçərək orada hüquqşünas ixtisası üzrə də təhsilini davam etdirib. O, müxtəlif vəzifələrdə işləyib, hətta Tatarıstan Respublikasının mədəniyyət nazirinin birinci müavini də olub.


Azərbaycanlı qadına Tatarıstanda yüksək vəzifə verildi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1020 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...