Rusiyada Türkiyəyə turların satışı qadağan edildi

Rusiyada Türkiyəyə turların satışı qadağan edildi


Rusiyanın federal turizm agentliyi (Rosturizm) turizm operatorlarına terror təhdidi ilə əlaqədar turların satışını qadağan edib. “GUNDEMİNFO”nun musavat.com-a istinadən məlumatına görə, bu barədə məlumat qurumun saytında yerləşdirilib.

“Türkiyədə Rusiya vətəndaşlarının müdafiəsi üçün tədbirlərin görülməsini, onların Rusiya tərəfindən himayə edilməsini ciddi şəkildə çətinləşdirən vəziyyət yaranıb”.
Rosturizm qadağa barədə qərarı verərkən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyədə terror təhlükəsinin olması ilə bağlı bəyanatına istinad edib.
Rosturizm bəyan edib ki, terror təhlükəsi ola-ola Rusiya turistlərinin Türkiyəyə səyahət etməsi Rusiya qanunvericiliyinin pozulmasıdır və günahkar şəxslər hüquqi məsuliyyət daşıyacaqlar.

Rusiyanın federal turizm agentliyi ölkənin turizm operatorlarına Türkiyəyə turların üçüncü ölkələr vasitəsilə satılmasını da qadağan edib. Rosturizm bildirir ki, turistlər əvvəlcədən pul ödəməklə aldıqları turlarla bağlı müqavilələrin ləğvini tələb edə bilərlər. Bu halda, onların ödədiyi vəsait özlərinə qaytarılmalıdır. Qeyd edək ki, indiyədək Rusiyadan Türkiyəyə 5000-ə qədər tur satılıb.

Rusiyadan Türkiyəyə turların satışına qadağanın qoyulmasına Rusiyaya məxsus Su-24 bombarmançısının Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulması səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...