Türkiyənin vurduğu rus pilot Əsədin əlindədir

Türkiyənin vurduğu rus pilot Əsədin əlindədir


Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov Türkiyə tərəfindən vurulan “Su-24” tipli təyyarənin sağ qalan pilotunun xilas edilməsi barədə xəbəri təsdiqləyib.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, pilot hazırda prezident Bəşər Əsədə sadiq qüvvələrin əlindədir.

Qeyd edək ki, Livanın “Al Mayadeen” telekanalı daha əvvəl yaydığı məlumatda 6 saatlıq axtarışdan sonra pilotla əlaqə yaratmaq mümkün olduğu bildirmişdi. Suriya xüsusi təyinatlıları iki saat ərzində pilotu düşmənlərin olduğu ərazidən çıxara biliblər. Hazırda pilotun Rusiyanın Xmeymim bazasında olduğu bildirilir.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...