Azərbaycanlı Ukraynada polisləri zəhərlədi və qarət etdi


Vinnitsdə (Ukrayna) şənbə günü iki polisi zəhərləyən 34 yaşlı azərbaycanlı saxlanılıb. Oxu.Az xəbər verir ki, Gazeta.ru-ya bu barədə Vinnits vilayətinin Milli polis idarəsinin mətbuat xidmətindən bildiriblər. “Hücum edənlərdən biri həqiqətən də müvəqqəti olaraq Ukrayna ərazisində yaşayır. O, Azərbaycan vətəndaşıdır. Eyni sxem üzrə hələ iyunun sonunda daha bir şəhər sakini qarət edilib. Onun da spirtli içkisinə naməlum maddə tökülüb, adam huşunu itirdikdən sonra onun zinət əşyaları və 1800 qriveni götürülüb”, - deyə Milli Polisin Dövlət İdarəsinin mətbuat xidmətinin rəhbəri Anna Oleynik bildirib.

Polis inspektorları özlərini indi daha yaxşı hiss edirlər. Müstəntiqlərə ifadə verirlər. Onlar xəstəxanadan çıxıblar. Hələlik işə çıxmayacaqlar. Onların hansı maddə ilə zəhərləndikləri ekspertlər tərəfindən araşdırılır.

Xatırladaq ki, noyabrın 21-də iki vinnitsalı polislər işdən sonra Nemirov şossesində yerləşən kafelərin birində əylənmək qərarına gəliblər. İki naməlum şəxs onların yanına oturub və içkilərinə naməlum maddə qarışdırıblar.

Küçəyə çıxan polislər huşlarını itiriblər. Bu zaman onları qarət ediblər, pul, mobil telefon və “”Fort-17R tapançasını oğurlayıblar. Qarətə görə cinayətkarları 10 il müddətinə azadlıqdan məhrum edə bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...